80
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU T T Ə Ə L L İ İ M M K K A A T T A A L L O O Q Q U U 2 2 0 0 1 1 7 7 POTENSİALIN ARTIRILMASI PLATFORMASI … dəyər daima artandır … © IIETI, Bakı, 2017

TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

TTƏƏLLİİMM KKAATTAALLOOQQUU

22001177

PPOOTTEENNSSİİAALLIINN AARRTTIIRRIILLMMAASSII PPLLAATTFFOORRMMAASSII

…… ddəəyyəərr ddaaiimmaa aarrttaannddıırr ……

© IIETI, Bakı, 2017

Page 2: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

““TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177””

AAzzəərrbbaayyccaann RReessppuubblliikkaassıı İİqqttiissaaddiiyyyyaatt NNaazziirrlliiyyii

İİqqttiissaaddii İİssllaahhaattllaarr EEllmmii TTəəddqqiiqqaatt İİnnssttiittuuttuunnuunn EEllmmii ŞŞuurraassıınnıınn

qqəərraarrıı əəssaassıınnddaa ççaapp oolluunnuurr

II bbuurraaxxııllıışş,, BBaakkıı şşəəhhəərrii,, 22001177,, 8800 ssəəhh..

BBiizziimmlləə əəllaaqqəə

İİqqttiissaaddii İİssllaahhaattllaarr EEllmmii TTəəddqqiiqqaatt İİnnssttiittuuttuu

Həsən Bəy Zərdabi Prospekti, 88a, AZ1011, Bakı şəhəri, Azərbaycan Respublikası,

Tel.: +99412 4308933, Faks: +99412 4300215,

İnternet səhifə: www.ier.az

© İİETİ, Bakı, 2017

Page 3: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

3

Ön Söz

Peşəkarlıq iqtisadi dəyərdir!

Təlim istiqamətlərinin və texnologiyalarının köklü şəkildə dəyişikliyə məruz qaldığı

müasir dövrümüzdə ixtiyari sahədə biliyin (məlumatın) istehsalı, emalı, istifadəsi və ötürülməsi proseslərində dəyişikliklər çox sürətlə baş verir. Texnoloji yenilənmə, informasiya daşıyıcılarının əhatəliliyini, çeşidini, texniki imkanlarının artmasını, yeni elmi istiqamətlərin, istehsal və xidmət sahələrinin meydana gəlməsini şərtləndirmişdir. Bu isə yeni keyfiyyətdə və mümkün qısa zaman kəsiyində kadr hazırlığına dair yüksək tələblər ortaya qoyur.

Qeyd olunan müasir meyillərlə yanaşı, iştirakçıların təlimdən maksimum dərəcədə faydalanmaq və məhdud zaman çərçivəsində yüksək peşəkar bilik əldə etmək istəyi öz növbəsində təlimçiləri çoxsaylı dəyişikliklərlə üzləşdirmiş, kooperativ maraqların birləşdirilməsi vahid komanda formasında fəaliyyətləri təşviq etmiş, təlimlərin idarəolunmasının yeni modellərinin yaranmasına şərait yaratmışdır.

Müasir təlim modeli, problemlərin həlli bacarığı inkişaf etmiş, biliyin (məlumatın) əldə edilməsi metodlarını bilən, analitik düşüncə, təhlil bacarığına sahib, əqli inkişafının yüksək marağında olan iştirakçıların formalaşması və məhz bu kimi iştirakçıların komanda işinə cəlb edilməsi səriştəsinə malik, öyrənmə prosesi boyunca onların fəal iştirakını təmin edən tərəflərin əməkdaşlığıdır.

Müasir tələb və ehtiyaclar nəzərə alınmaqla, yüksək ixtisaslı kadrların hazırlığı istiqamətində uzun illik təcrübədən və mövcud potensialdan istifadə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda 2017-ci ildən etibarən fərdi və koorperativ sifarişlər yolu ilə yeni təlim strategiyasının tətbiqinə başlanılmışdır.

Gündəlik fəaliyyətdə peşəkar təhlil və tədqiqat aparmağa olan ehtiyacı təhlil edərək, 6 istiqamət və 21 təlim mövzusunu müəyyənləşdirib Sizlərin diqqətinə təqdim edirik.

İnstitutumuzun mövcud təcrübə, yerli və xarici əməkdaşlıq imkanlarının tətbiqi ilə gələcəkdə sözügedən təlim istiqaməti və təlim mövzularının genişləndirilməsi, bu nəşrin təkmilləşdirilməsi nəzərdə tutulur.

Vilayət VƏLİYEV,i.e.d.,prof. İqtisadi İslahatlar

Elmi Tədqiqat İnstitutunun direktoru

Page 4: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 5: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

5

Mündəricat

Ön Söz Vilayət VƏLİYEV i.e.d., prof., İİETİ-nin direktoru ____ 1

TƏLİM İSTİQAMƏTLƏRİ VƏ MÖVZULAR T1. İqtisadi təhlil və qiymətləndirmə 1

T2. İnnovasiya infrastrukturunun inkişafı 1

T3. Enerji və davamlı inkişaf 1

T4. Risklərin analizi və qiymətləndirilməsi 1

T5. İqtisadi məsələlərin həlli üçün standart proqram paketləri 1

T6. Texnologiyaların kommersiyalaşdırılması 1

TƏLİMÇİLƏR Vilayət VƏLİYEV 1

Arzu HÜSEYNOVA 1

Aynurə İSMAYILOVA 1

Malik MEHDİYEV 1

Fariz MƏMMƏDOV 1

Arzu SÜLEYMANOV 1

Elnur ƏLƏKBƏROV 1

ƏLAVƏLƏR Dəvət məktubu 1

Müqavilə 1

Sorğu vərəqəsi 1

Sertifikat 1

İİETİ-MAA ƏMƏKDAŞLIĞI IATA təlimi və proqramı 1

Təlimçilər 1

Sertifikat 1

BİZİMLƏ ƏLAQƏ İzzət SALMANOVA 1

Fatma İMAMƏLİYEVA 1

Page 6: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 7: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

7

POTENSİALIN ARTIRILMASI PLATFORMASI … dəyər daima artandır …

Təlim istiqamətləri və mövzular T1. İQTİSADİ TƏHLİL VƏ QİYMƏTLƏNDİRMƏ

Sahələrarası Balans və Multiplikator Modelləri (T1.1.) Sosial Hesablar Matrisi (SHM) və Multiplikator Modelləri (T1.2.) Ümumi Tarazlıq Modelləri (CGE) (T1.3.) Maliyyə Proqramı Modeli (FPP) (T1.4.) Makroekonometrik Model (T1.5.)

T2. İNNOVASİYA İNFRASTRUKTURUNUN İNKİŞAFI

İnnovasiya prosesinin əsasları (T2.1.) İnnovasiya infrastrukturunun inkişafı konsepsiyası (T2.2.) İnnovasiya mərkəzlərinin yaradılması və inkişafı (T2.3.) Texnoparkların yaradılması və inkişafı (T2.4.) Biznes-inkubatorlar modeli (T2.5.) Şirkətin innovasiya inkişafının təşkilati idarə edilməsi modeli və üsulları (T2.6.) Şirkətin innovasiya inkişafı üzrə təcrübə (T2.7.)

T3. ENERJİ VƏ DAVAMLI İNKİŞAF

Enerji səmərəliliyi və auditi (T3.1.) Mənzil - kommunal xidmətləri (T3.2.)

T4. RİSKLƏRİN ANALİZİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Risklərin və investisiya layihələrinin qiymətləndirilməsi (T4.1.) Biznes-planların hazırlanması (T4.2.)

T5. İQTİSADİ MƏSƏLƏLƏRİN HƏLLİ ÜÇÜN STANDART PROQRAM

PAKETLƏRİ Tətbiqi “EXCEL” (T5.1.) “SPSS” (T5.2.) “GAMS” (T5.3.) “Eviews” (T5.4.)

T6. TEXNOLOGİYALARIN KOMMERSİYALAŞDIRILMASI

Texnologiyaların kommersiyalaşdırılması və transferi (T6.1.)

TC. İİETİ və MİLLİ AVİASİYA AKADEMİYASI ƏMƏKDAŞLIĞI IATA təlimi (“Yük Daşımalarına giriş”)

Page 8: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 9: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

9

ПЛАТФОРМА УВЕЛИЧЕНИЯ ПОТЕНЦИАЛА ... труд всегда оценивается ...

Направления обучения и темы

T1. ЭКОНОМИЧЕСКИЙ АНАЛИЗ И ОЦЕНКА Модели Mежотраслевого Баланса и Мультипликатора (T1.1.) Матрица Социальных Счетов (МСС) и Модели Мультипликатора (T1.2.) Модель Общего Равновесия (МОР) (T1.3.) Модель Финансовой Программы (МФП) (T1.4.) Макроэконометрическая Модель (T1.5.)

T2. РАЗВИТИЕ ИННОВАЦИОННОЙ ИНФРАСТРУКТУРЫ

Основы инновационного процесса (T2.1.) Концепция развития инновационной инфраструктуры (T2.2.) Создание и развитие инновационных центров (T2.3.) Создание и развитие технопарков (T2.4.) Модель бизнес-инкубаторов (T2.5.) Модель и методы организационного управления инновационным развитием компании (T2.6.) Опыт по инновационному развитию компании (T2.7.)

T3. ЭНЕРГИЯ И УСТОЙЧИВОЕ РАЗВИТИЕ

Энергоэффективность и аудит (T3.1.) Жилищно-коммунальные услуги (ЖКХ) (T3.2.)

T4. АНАЛИЗ И ОЦЕНКА РИСКОВ

Оценка рисков и инвестиционных проектов (T4.1.) Подготовка бизнес-планов (T4.2.)

T5. СТАНДАРТНЫЕ ПРОГРАММНЫЕ ПАКЕТЫ ДЛЯ РЕШЕНИЯ

ЭКОНОМИЧЕСКИХ ПРОБЛЕМ Прикладной “EXCEL” (T5.1.) “SPSS” (T5.2.) “GAMS” (T5.3.) “Eviews”(T5.4)

T6. КОММЕРЦИАЛИЗАЦИЯ ТЕХНОЛОГИЙ

Коммерциализация и трансфер технологий (T6.1.) TC. СОТРУДНИЧЕСТВО НИИЭР–НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ

АВИАЦИИ Программа обучения ИАТА («Ввод в грузоперевозки»)

Page 10: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 11: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

11

POTENTIAL BUILDING PLATFORM ... value is always evaluated ...

Directions of trainings and topics

T1.ECONOMIC ANALYSIS and ASSESSMENT Inter-Branch Balance and Multiplier Models (T1.1.) Social Accounting Matrix (SAM) and Multiplier Models (T1.2.) Computable General Equilibrium Models (CGE) (T1.3.) Financial Programming and Policies (FPP) (T1.4.) Macroeconomic Models (T1.5.)

T2. DEVELOPMENT of INNOVATIVE INFRASTRUCTURE

Fundamentals of the Innovation Process (T2.1.) The Concept of Innovation Infrastructure Development (T2.2.) Creation and Development of Innovation Centers (T2.3.) Creation and Development of Techno Parks (T2.4.) Model of Business Incubators (T2.5.) Model and Methods of Organizational and Innovative Development of the Company (T2.6.) Experience of Innovative Development of the Company (T2.7.)

T3. ENERGY and SUSTAINABLE DEVELOPMENT

Energy Efficiency and Audit (T3.1.) Housing and Communal Services (HCS) (T3.2.)

T4. ANALYSIS and ASSESSMENT of RISKS

Risk Assessment and Investment Projects (T4.1.) Preparation of Business Plans (T4.2.)

T5. STANDARD SOFTWARE PACKAGES to SOLVE ECONOMIC PROBLEMS

Applied “EXCEL” (T5.1.) “SPSS” (T5.2.) “GAMS” (T5.3.) “Eviews”(T5.4)

T6. COMMERCIALIZATION of TECHNOLOGIES

Commercialization and Transfer of Technologies (T6.1.) TC. COOPERATION of ISRER & NATIONAL AVIATION ACADEMY

IATA Training (“Cargo Introductory”)

Page 12: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 13: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

13

T1. İQTİSADİ TƏHLİL və QİYMƏTLƏNDİRMƏ

T Ə L İ M İ S T İ Q A M Ə T İ N İ N P R O F İ L İ

Təlimçi(lər): Malik MEHDİYEV Arzu SÜLEYMANOV Elnur ƏLƏKBƏROV

İqtisadiyyatda qanunauyğunluqların empirik qiymətləndirilməsində, siyasət qərarlarının təsirlərinin simulyasiyasında və iqtisadi proseslərin gələcək dövrlər üzrə proqnoz edilməsində riyazi-iqtisadi modellərdən istifadə olunması artıq əvəzedilməz hala gəlmişdir.

Müasir dövrdə riyazi-iqtisadi modellərdən istifadə və tətbiq olunanlara balans modelləri, ümumi tarazlıq modelləri, dinamik stoxastik ümumi tarazlıq modelləri, makroekonometrik modelləri və s. misal göstərmək mümkündür. Bu modellərin hər birinin üstün və zəif cəhətləri ilə birlikdə tətbiq edilmə imkanları vardır.

Makroekonometrik modellər iqtisadiyyatın spesifik xüsusiyyətlərini nəzərə almaqla əsas makroiqtisadi göstəricilərin sektorlararası qarşılıqlı əlaqələrini əks etdirən və qısamüddətli dövrdə bu sektorların əsas göstəricilərinin proqnozlaşdırılmasına imkan verən modellərdir. Əsas olaraq əmtəə və xidmətlər bazarı ilə pul bazarı arasındakı tarazlığa əsaslanır və ekonometrik üsullardan istifadə edilməklə xətti tənliklər sistemi formasında qurulur. Makroekonometrik model qısamüddətli proqnozları verməklə bərabər uzunmüddətli proqnozların, ssenarilərin hazırlanmasında əhəmiyyətli ola bilir.

O cümlədən, dəyişənlərin təhlili proqnozlaşmada ehtimalların təsirini qiymətləndirmək imkanı verir, iqtisadi fəaliyyətin gəlir mənbələrinə necə təsir göstərməsinə dair məlumatları tənzimləyir, proqnozlaşmada hər bir mühüm faktoru müəyyən etməyi və onun gəlir mənbəyinə olan münasibətini qiymətləndirməyi tələb edir.

Təlim istiqaməti üzrə əhatə olunan mövzular: Sahələrarası Balans və Multiplikator Modelləri (T1.1.)

Sosial Hesablar Matrisi (SHM) və Multiplikator Modelləri (T1.2.) Ümumi Tarazlıq Modelləri (CGE) (T1.3.)

Maliyyə Proqramı Modeli (FPP) (T1.4.) Makroekonometrik Modellər (T1.5.)

Page 14: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 15: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

15

T1. İQTİSADİ TƏHLİL və QİYMƏTLƏNDİRMƏ

T1.1. Sahələrarası Balans və Multiplikator Modelləri

Proqramı:

Modul 1. Xərc-Buraxılış və Tarazlı Qiymət modelləri. Modul 2. Əmək Ehtiyatları və İstehsal Fondları modelləri. Modul 3. Yerli Məhsula Tələb modeli. Modul 4. Dinamik Xərc-Buraxılış modeli. Modul 5. Regional və multiregional Xərc-Buraxılış modeli. Modul 6. Yaşıl ÜDM modeli. Modul 7. Rəqabətqabiliyyətlilik və siyasətin matris təhlili modeli.

Davam etmə müddəti:

3 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Malik MEHDİYEV. i.ü.f.d.

T1.2. Sosial Hesablar Matrisi (SHM) və Multiplikator Modelləri

Proqramı:

Modul 1. Sosial Hesablar Matrisinin (SHM) qurulması. Modul 2. Genişləndirilmiş SHM multiplikator modeli. Modul 3. SHM qiymət səviyyəsi modeli. Modul 4. Genişləndirilmiş SHM multiregional multiplikator modeli. Modul 5. SHM multiregional qiymət səviyyəsi modeli.

Davam etmə müddəti:

3 gün/1000 – 1800

Dəyəri:

300 manat

Təlimçi:

Malik MEHDİYEV, i.ü.f.d.

T1.3. Ümumi Tarazlıq Modelləri (CGE)

Proqramı:

Modul 1. Sadə statik CGE modelinin qurulması. Modul 2. Dinamik CGE modelinin qurulması. Modul 3. Ssenarilərin tərtibi proseduru. Modul 4. Təsir analizi. Modul 5. Proqnozların verilməsi.

Davam etmə müddəti:

4 gün/1000 – 1700

Dəyəri:

400 manat

Təlimçi:

Malik MEHDİYEV, i.ü.f.d.

Page 16: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

Keçmişdən gələcəyə körpü “Azərbaycan Respublikasının Vahid Platformada Ümumi Tarazlıq Modeli (AZMOD)” İqtisadi proqnozlaşdırma və planlaşdırmanın imkanlarına maraq XX əsrin 20-ci illərindən başlanmışdır. Məhz bu zamanlar anlaşılmışdır ki, dövlətin cəmiyyətə təsiri iqtisadiyyatın elmi əsaslarla idarə edilməsinə söykənməlidir.

Ölkənin sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilərin elmi əsaslarla təhlili və inkişaf meyillərini əks etdirən proqrnozların hazırlanması, ölkənin sosial-iqtisadi inkişaf göstəricilərinin təhlili və qiymətləndirilməsi iqtisadi-riyazi hesablamalara əsaslanaraq, informasiya texnologiyalarının yeni imkanlarından istifadə edilməklə “AZMOD” yenidən 2012-ci ildə hazırlanır.

“AZMOD” 2012-ci ilin 26 dekabr tarixində keçirilən “Azərbaycan

Respublikasının Ümumi Tarazlıq Modeli (AZMOD): görülmüş işlər, nəticələr və perspektivlər” mövzusunda təqdimatla ictimaiyyətə təqdim olunmuşdur.

Həmin dövrdə “AZMOD” modeli Azərbaycan Respublikasının sosial-iqtisadi

sferasının (iqtisadi sektorların) 15 sahəsini əhatə etmişdir: 1) Kənd təsərrüfatı, ovçuluq və meşəçilik məhsulları. 2) Balıq və digər balıqçılıq məhsulları. 3) Dağ-mədən sənayesinin məhsulları. 4) Emal sənayesi. 5) Elektrik enerjisi, qaz və su. 6) Tikinti işləri. 7) Ticarət xidmətləri. 8) Mehmanxana və restoranların xidmətləri. 9) Nəqliyyat, poçt və rabitə. 10) Maliyyə vasitəçiliyi, sığorta və pensiya təminatı üzrə xidmətlər. 11) Daşınmaz əmlakla əlaqədar xidmətlər, icarə və digər kommersiya xidmətləri. 12) Dövlət idarəetməsi və müdafiə, məcburi sosial sığorta sahəsində xidmətlər. 13) Təhsil sahəsində xidmətlər. 14) Səhiyyə və sosial xidmətlər. 15) Kommunal və sair xidmətlər.

Page 17: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

17

T1. İQTİSADİ TƏHLİL və QİYMƏTLƏNDİRMƏ

T1.4. Maliyyə Proqramı Modeli (FPP)

Proqramı:

Modul 1. Makroiqtisadi hesablar arasında qarşılıqlı funksional əlaqələr. Modul 2. Tarazlı qiymətləndirmə modeli. Modul 3. Proqnozlaşdırma proseduru.

Davam etmə müddəti:

3 gün/1000 – 1800

Dəyəri:

250 manat

Təlimçi:

Malik MEHDİYEV, i.ü.f.d.

Arzu SÜLEYMANOV

Elnur ƏLƏKBƏROV

T1.5. Makroekonometrik Modellər

Proqramı:

Modul 1. Funksional əlaqələr və tarazlıq münasibətləri. Modul 2. Standart ekonometrik modellərin (IS–LM, ARIMA və digər)

qurulması. Modul 3. Proqnoz və təsir analizləri.

Davam etmə müddəti:

3 gün/1000 – 1800

Dəyəri:

250 manat

Təlimçi:

Malik MEHDİYEV, i.ü.f.d.

Arzu SÜLEYMANOV

Elnur ƏLƏKBƏROV

Page 18: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

2009-2015-ci illər İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlığın ən məhsuldar dövrü kimi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun fəaliyyət tarixinə daxil olmuşdur.

2013-2014-cü illərdə İƏT üzv ölkələrinin iqtisadi beyin mərkəzlərinin 1-ci və 2-ci Beynəlxalq Bakı “Forum-Konfrans”ları təşkil edilmişdir.

2012 və 2014-cü illərdə İƏT-in «İqtisadiyyat» jurnalının Redaksiya Heyətinin 1-ci və 2-ci iclasları təşkil edilmişdir.

2014-cü ilin 21-25 aprel tarixlərində İƏT üzv ölkələrinin nümayəndələri üçün “Riyazi modelləşdirmə sistemi yolu ilə ümumi iqtisadi tarazlığın modelləşdirilməsi” (Practical CGE Modeling with GAMS) mövzusunda keçirilən təlim mahiyyəti etibarı ilə ilklər sırasındadır.

Modelləşdirmənin tətbiqi platformasının genişləndirilməsi istiqamətində növbəti addım İƏT ölkələrinin mütəxəssisləri üçün İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun metodoloji və təşkilati dəstəyi ilə Qırğızıstan Respublikasının Bişkek şəhərində keçirilən “İqtisadi siyasət üçün təsir analizləri” mövzusunda təlimdir.

Page 19: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

19

T2. İNNOVASİYA İNFRASTRUKTURUNUN İNKİŞAFI

T Ə L İ M İ S T İ Q A M Ə T İ N İ N P R O F İ L İ

Təlimçi(lər): Arzu HÜSEYNOVA

Beynəlxalq iqtisadi münasibətlərin artması və iqtisadiyyatın qloballaşması ilə iqtisadiyyatın innovasiya yönümlü inkişafı müxtəlif ölkələrin siyasətinin əsas məqsədlərindən birinə cevrilir və ölkələrin iqtisadiyyatında böyük rol oynayan yeni inkişaf mexanizmi - milli innovasiya sistemi (MİS) formalaşır. Milli innovasiya sistemi – bir tərəfdən milli sərhədlər çərçivəsində elmi biliklərin və texnologiyaların istehsalı və kommersiya məqsədləri ilə realizasiyası ilə məşğul olan təşkilatların (strukturların) məcmusudur, digər tərəfdən isə ölkələrin mədəni və siyasi xüsusiyyətləri, milli adətləri, ənənələrinə əsaslanan və innovasiya proseslərinin həyata keçirilməsinə xidmət edən hüquqi, maliyyə və sosial xarakterli institutlar kompleksindən ibarətdir.

İnnovasiya infrastrukturunun inkişafı elm ilə sahibkar mühiti arasında boşluğu dolduracaq qarşılıqlı təsir sisteminin əsasıdır və innovasiya siyasətinin aləti kimi, elmi mərkəzlərin və sahibkarların fiziki yaxınlaşması hesabına, yeni biliklərin tətbiqi prosesini sürətləndirməyə imkan verir.

Təlim istiqaməti üzrə əhatə olunan mövzular:

İnnovasiya prosesinin əsasları (T2.1.) İnnovasiya infrastrukturunun inkişafı konsepsiyası (T2.2.) İnnovasiya mərkəzlərinin yaradılması və inkişafı (T2.3.) Texnoparkların yaradılması və inkişafı (T2.4.) Biznes-inkubatorlar modeli (T2.5.) Şirkətin innovasiya inkişafının təşkilati idarə edilməsi modeli və üsulları (T2.6.) Şirkətin innovasiya inkişafı üzrə təcrübə (T2.7.)

Page 20: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 21: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

21

T2. İNNOVASİYA İNFRASTRUKTURUNUN İNKİŞAFI

T2.1. İnnovasiya prosesinin əsasları

Proqramı:

Modul 1. İnnovasiya prosesi: əsas anlayışlar. Modul 2. Milli innovasiya sistemləri. Modul 3. Regional innovasiya siyasətinin həyata keçməsi üzrə beynəlxalq təcrübə. Modul 4. Təhsil sistemində universitetlə müəssisələr arasında qarşılıqlı əlaqə.

Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Arzu HÜSEYNOVA, i.e.d.

T2.2. İnnovasiya infrastrukturunun inkişafı konsepsiyası

Proqramı:

Modul 1. İnnovasiya infrastrukturunun inkişafında dünya təcrübəsi. Modul 2. İnnovasiya infrastrukturunun vəziyyəti. Modul 3. İnnovasiya infrastrukturunun modeli.

Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Arzu HÜSEYNOVA, i.e.d.

T2.3. İnnovasiya mərkəzlərinin yaradılması və inkişafı

Proqramı:

Modul 1. İnnovasiya infrastrukturunun əsasları. Modul 2. İnnovasiya mərkəzləri. Modul 3. Dünyada texnoparkların tətbiqi. Beynəlxalq təcrübə. Modul 4. Biznes-inkubatorlar. Modul 5. İnnovasiya layihələrinə xarici maliyyənin cəlb edilməsi. Modul 6. İnnovasiya sisteminin iştirakçıları arasında əlaqələrin yaradılması.

Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Arzu HÜSEYNOVA, i.e.d.

Page 22: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

Ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivlərinin tədqiqinə dair “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda ilk tədqiqat işi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda həyata keçirilmişdir.

2011-2012-ci illərdə Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində ilk dəfə ekoloji təmiz kənd təsərrüfatının “SWOT” təhlili aparılmış, inkişaf konsepsiyası hazırlanmışdır.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda hazırlanmış “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı vəsait Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə orta məktbələrdə tədris üçün tövsiyə olunmuş ilk vəsaitlər sırasındadır.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) tarixində quruma üzv ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərlərinin yüksək səviyyəli görüşü I Beynəlxalq Bakı “Forum-Konfransı” çərçivəsində ilk dəfə 2013-cü ilin 5-6 sentyabr tarixlərində Bakı şəhərində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun ev sahibliyi ilə keçirilmişdir.

Page 23: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

23

T2. İNNOVASİYA İNFRASTRUKTURUNUN İNKİŞAFI

T2.4. Texnoparkların yaradılması və inkişafı

Proqramı:

Modul 1. Texnoparkların yaradılması konsepsiyası. Modul 2. Texnopark yaradılmasının ümumi layihəsinin hazırlanması. Modul 3. Texnoparklarda rezidentlərin seçilməsinin təşkili. Modul 4. Texnopark obyektlərinin yaradılması mərhələləri. Modul 5. Texnoparklarda şəxsi heyətin seçimi. Modul 6. Texnoparkların təbliğat və idarəetmə aparatı. Modul 7. Hüquqi baza.

Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Arzu HÜSEYNOVA, i.e.d.

T2.5. Biznes-inkubatorlar modeli

Proqramı:

Modul 1. Əsas struktur.

Modul 2. Biznes-inkubator yaradılması proqramı.

Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Arzu HÜSEYNOVA, i.e.d.

T2.6. Şirkətin innovasiya inkişafının təşkilati idarəedilməsi

modeli və üsulları

Proqramı:

Modul 1. Şirkətin innovasiya inkişafının təşkilati idarəedilməsi problemləri. Modul 2. Şirkətin innovasiya inkişafının maliyyələşdirilməsi model və üsulları. Modul 3. Təşkilati layihələrin idarəedilməsi model və üsulları. Modul 4. İşçi heyətin inkişaf model və üsulları.

Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Arzu HÜSEYNOVA, i.e.d.

Page 24: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında özünəməxsus rol oynayan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda elmi potensialın təməlinin möhkəmlənməsi 1968-1974-cü illərdə İnstituta rəhbərlik etmiş i.e.d., professor Mədət ALLAHVERDİYEVin müstəsna xidməti ilə bağlı olmuşdur.

Həmin illərdə İnstitutun fəaliyyətində nəzərə çarpacaq dərəcədə canlanma baş

vermiş, 1973-cü ildə İnstitutun 30-dan çox əməkdaşı namizədlik və doktorluq işlərini başa çatdıraraq, müdafiəyə təqdim etmişlər.

İnstitutun əməkdaşlarının say həddi 3-ü elmlər doktoru və 53-ü elmlər namizədi olmaqla 1978-ci ildə ən yüksək həddinə - 401 nəfərə çatmışdır ki, burada da 1977-ci ilin oktyabr ayından etibarən inzibati binasının olması faktı əsas səbəblərdən biri kimi göstərilmişdir.

İnstitutun 9 mərtəbəli yeni inzibati binasının tikilməsində məhz i.e.d., professor Mədət ALLAHVERDİYEVin prinsipiallığı və əzmkarlığı böyük rol oynamışdır.

İnstitutun fəaliyyət tarixinin sonrakı illərdə gedişatının izlənilməsi göstərmişdir ki, yüksək ixtisaslı kadrların hazırlanması onların təkcə İnstututda fəaliyyətləri ilə məhdudlaşmır, belə ki, yüzlərlə elmlər namizədləri və doktorları sonradan öz fəaliyyətlərini respublikamızın müxtəlif qurumlarında müvəffəqiyyətlə davam etdirmiş, İnstitutla sıx əməkdaşlıq etməkdə davam etmişlər.

Page 25: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

25

T2. İNNOVASİYA İNFRASTRUKTURUNUN İNKİŞAFI

T2.7. Şirkətin innovasiya inkişafı üzrə təcrübə

Proqramı:

Modul 1. Təşkilatda innovasiya fəaliyyətinin təşkili. Modul 2. İnnovasiya təkliflərinin axtarış sisteminin təşkili. Modul 3. İnnovasiya fəaliyyətinin təşkili üzrə beynəlxalq təcrübə. Modul 4. İnnovasiya fəaliyyətində yeni təfəkkür sistemləri. Modul 5. Təşkilat daxili innovasiya fəaliyyətinin təşkili.

Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Arzu HÜSEYNOVA, i.e.d.

Page 26: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

1964-91-ci illərdə SSRİ Dövlət Plan Komitəsi 5 böyük elmi tədqiqat institutunu və Baş Hesablama Mərkəzini özündə birləşdirirdi ki, onlardan biri də Elmi Tədqiqat İqtisadiyyat (indiki adı ilə İqtisadi İslahatlar Elmi Tədqiqat) İnstitutu idi.

Elmi Tədqiqat İqtisadiyyat İnstitutu SSRİ Plan Komitəsi ilə razılaşdırılmaqla Elmi Tədqiqat İşlərinin Koordinasiyası üzrə SSRİ Dövlət Komitəsinin 1964-cü il 14 iyul tarixli 54 saylı qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 2 oktyabr tarixli 685 saylı qərarı ilə Azərbaycan SSR Plan Komitəsi yanında yaradılmışdır.

1964-1991-ci illərdə İnstitutda fəaliyyət göstərən şöbələr belə adlandırılmışdır: o “Planlaşdırmanın balans metodları şöbəsi”. o “Məhsuldar qüvvələrin yerləşdirilməsi şöbəsi”. o “Sənayenin iqtisadi problemləri şöbəsi”. o “Əməyin iqtisadiyyatı və həyat səviyyəsi şöbəsi”. o “Planlaşdırmada riyazi metodların və hesablama texnikasının tətbiqi şöbəsi”. o “İstehsalat normativləri şöbəsi”.

1991-ci ilin 18 oktyabr tarixində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunur və ölkəmizdə rəsmi olaraq iqtisadiyyatın idarəedilməsinin bazar münasibətlərinə keçid elan edilir.

1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar tarixli 98 saylı Fərmanına əsasən dövlət müstəqilliyinin bərpası və bazar münasi-bətlərinə keçidlə əlaqədar olaraq, İnstitutun yenidən qurulması zərurəti nəzərə alınaraq və yeni şəraitdə ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasını, iqtisadi islahatların strateji istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə iqtisadi əməkdaşlıq sahəsində əlaqə-lərin gücləndirilməsini təmin etmək məqsədilə onun bazasında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi (İİM) yaradılmışdır:

o İİM-nin fəaliyyəti bazar münasibətlərinə keçid şəraitində ölkənin iqtisadi

inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasına, mövcud problemlərin həlli yollarının öyrənilməsinə, mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla iqtisadi islahatların strateji istiqamətlərinin və həyata ke-çirilməsinin taktiki yollarının müəyyənləşdirilməsinə, proseslərin izlə-nilməsinə və sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasına yönəldilmişdir.

o Bu illərdə aparılan analitik təhlil və tədqiqat işlərində yeni tədqiqat üsulları və metodları, xüsusilə proqnoz metodları müvəffəqiyyətlə tətbiq edilmişdir.

Page 27: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

27

T3. ENERJİ və DAVAMLI İNKİŞAF

T Ə L İ M İ S T İ Q A M Ə T İ N İ N P R O F İ L İ

Təlimçi(lər): Vilayət VƏLİYEV Fariz MƏMMƏDOV Malik MEHDİYEV

XX əsrin ortalarından başlayaraq sənayenin sürətli inkişafının artan enerji tələbatı daha çox ilkin və ikinci dərəcəli enerji mənbələri tələb edir. Əsas ilkin enerji mənbələri olan neft, təbii qaz və kömür ehtiyatlarının intensiv mənimsənilməsi onların tükənməsi ilə yanaşı, ciddi ekoloji təsirlərə, o cümlədən qlobal istiləşməyə səbəb olur. Elmi-texniki tərəqqi və sənayenin yüksəlişi ikinci dərəcəli enerji mənbəyi olan elektrik enerjisinə də tələbatı kəskin şəkildə artırmışdır, bu da öz növbəsinfə, elektrik enerjisi istehsalında istifadə olunan ilkin enerji mənbələrindən istifadəni həddən artıq çoxaltmışdır.

XX əsrin ikinci yarısından başlayaraq ilkin enerji mənbələri ehtiyatlarının azalması ilə, alternativ və bərpa oluanan enerjidən sitfadə geniş yayılmaqdadır. Bu mənbələr tükənən ilkin enerji ehtiyatlarına qənaətə imkan verməklə yanaşı, qlobal ekoloji fəsadların qarşısını almaqdadır. Lakin alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı müəyyən təbii (iqlim, coğrafi yerləşmə) və texnoloji məhdudiyyətlər olduğundan, bütün enerji növlərinin rasional və harmonik birgə istifadəsi problemi davamlı inkişaf baxımından zəruri əhəmiyyət kəsb edir.

Enerji resurslarının davamlı inkişafı baxımından rasional istifadəsi beynəlxalq miqyasda aktual problem kimi diqqətdə saxlanılır. Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf üzrə əsas məqsədlərindən biri məhz “Hər kəs üçün əlverişli, etibarlı, dayanıqlı və müasir enerjiyə çıxışı təmin etmək” adlanır. Bu səbəbdən də enerji resurslarından davamlı inkişaf baxımından istifadənin tədqiqi və akademik tədrisi geniş vüsət almaqdadır.

Təlim istiqaməti üzrə əhatə olunan mövzular:

Enerji səmərəliliyi və auditi (T3.1.) Mənzil - Kommunal xidmətlərinin tənzimlənməsi (T3.2.)

Page 28: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 29: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

29

T3. ENERJİ və DAVAMLI İNKİŞAF

T3.1. Enerji səmərəliliyi və auditi

Proqramı:

Modul 1. Enerji səmərəliliyinin institusional və və hüquqi aspektləri. Modul 2. Enerji səmərəliliyi planlarının tərtib edilməsi. Modul 3. Enerji Səmərəliliyi Şirkətləri (ESCO): yaradılması və fəaliyyətinin

təşkili. Modul 4. Enerji səmərəliliyi üzrə beynəlxalq fondlar və imkanlar. Modul 5. Enerji auditi üzrə beynəlxalq metodoloji yanaşmalar və normalar. Modul 6. Enerji auditinin növləri və qiymətləndirmə üsulları. Modul 7. Müxtəlif iqtisadi sektorlar və subyektlər üzrə enerji auditinin

aparılması (nümunələr). Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

200 manat

Təlimçi:

Vilayət VƏLİYEV, i.e.d., prof.

Malik MEHDİYEV, i.ü.f.d.

Fariz MƏMMƏDOV

T3.2. Mənzil - kommunal xidmətlərinin tənzimlənməsi

Proqramı:

Modul 1. Kommunal xidmətlər üzrə xərclərin qiymətləndirilməsi və Optimallaşdırılması.

Modul 2. Kommunal xidmətlər üzrə tariflərin qiymətləndirilməsi. Modul 3. Kommunal xidmətlərin tənzimlənməsi. Modul 4. Mənzil sektorunun idarə edilməsi. Modul 5. Mənzil – kommunal sektorunda dövlət-özəl sektor əməkdaşlığı (PPP). Modul 6. Kommunal xidmət növlərinin qarşılıqlı təsiri və optimallaşdırılması.

Davam etmə müddəti:

3 gün/1000 – 1700

Dəyəri:

250 manat

Təlimçi:

Vilayət VƏLİYEV, i.e.d., prof.

Fariz MƏMMƏDOV

Page 30: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

İlk dəfə 1968-ci ildə institutun o dövrdəki direktoru i.e.d., professor Mədət ALLAHVERDİYEVin redaktoruluğu ilə 96 səhifədən 14 elmi məqalədən ibarət birinci ELMİ ƏSƏRLƏR TOPLUSU çap olunur.

1968-1991-ci illərdə Elmi Əsərlər Toplusunun 14 cildi nəşr edilmişdir.

Həmin dövrlərdə Toplu müxtəlif adlar altında nəşr olunmuşdur: o “Azərbaycan SSR-də ictimai istehsalın səmərəliliyinin yüksəldilməsi

ehtiyatları”. o “Sovet Azərbaycanı iqtisadiyyatının çiçəklənməsi”. o “Plan hesablamalarının avtomatlaşdırılmış sistemlərinin yaradılması

məsələləri”. o “İctimai istehsalın səmərəliliyi və planlaşdırma”. o “Xalq təsərrüfatı proporsiyalarının balanslaşdırılması və sahələrarası

əlaqələr”. o “Azərbaycan SSR-in sənayesində onuncu beşilliyin yekunları və gələcəkdə

istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətləri”. o “Azərbaycan SSR-də xalqın rifah halının yüksəldilməsinin aktual

problemləri”. o “Azərbaycan SSR-də məqsədli kompleks proqramın işlənib hazırlanması

problemləri”. o “Azərbaycan SSR-də ərazi proporsiyalarının təkmilləşdirilməsi

problemləri”. o “Azərbaycan SSR-də aqrar sənaye kompleksinin inkişafının aktual

problemləri”. o “Azərbaycan SSR-də əsaslı tikintinin problemləri”. o “İctimai istehsalın intensivləşdirilməsi problemləri”. o “Azərbaycan SSR-in sosial inkişaf problemləri”. o “Azərbaycan SSR-in sosial-iqtisadi inkişafı problemləri”. o “İqtisadi müstəqillik və bazar münasibətləri şəraitində Azərbaycanın

sosial-iqtisadi inkişafı”. o “Bazar münasibətlərinə keçid şəraitində Azər-baycan iqtisadiyyatının

problemləri”.

Page 31: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

31

T4. RİSKLƏRİN ANALİZİ və QİYMƏTLƏNDİRİLMƏSİ

T Ə L İ M İ S T İ Q A M Ə T İ N İ N P R O F İ L İ

Təlimçi(lər): Vilayət VƏLİYEV Malik MEHDİYEV Aynurə İSMAYILOVA

Qlobal meyillər və çağırışlar açıq iqtisadi siyasət aparan ölkəmizdən yan keçmir. Bu və ya digər şəkildə qeyri-stabil xarici faktorların daxili ziddiyyətlərlə vəhdət təşkil etməsi iqtisadi sistemə öz mənfi təsirini göstərir. Belə ki, risklərin idarəolunması bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsi və cəmiyyətin inkişafının tarixi mərhələlərinin xüsusiyyətləri ilə müəyyənləşdirilən ən mühüm idarəetmə funksiyalarından biridir.

Müasir iqtisadi sistemlər üçün baş verən proseslərin ağırlaşması və sürətlənməsinə, qəbul edilmiş qərarların nəticələrinin miqyasına görə davranışların qeyri-müəyyənliyinin artması xarakterikdir. Bu isə təşkilatın iqtisadi inkişafında həlledici amil kimi xüsusi əhəmiyyət kəsb edir.

Biznesin planlaşdırılması, risklərin analizinə dair alətlər, investisiya və innovasiya layihələrində risklərin idarəolunması üçün əsas metod və vasitələrdən istifadə edilməsi bacarıqlarının daima inkişaf etdirilməsi zərurəti yüksək əhəmiyyətini saxlamaqdadır.

Təlim istiqaməti üzrə əhatə olunan mövzular:

Risklərin və investisiya layihələrinin qiymətləndirilməsi (T4.1.) Biznes planların hazırlanması (T4.2.)

Page 32: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 33: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

33

T4. RİSKLƏRİN ANALİZİ və QİYMƏTLƏNDİRİLMƏSİ

T4.1. Risklərin və investisiya layihələrinin

qiymətləndirilməsi

Proqramı:

Modul 1. Risklərin qiymətləndirilməsi üsulları. Modul 2. Risklərin idarə edilməsi üsulları. Modul 3. Risk şəraitində iqtisadi fəaliyyət nəticələrinin qiymətləndirilməsi. Modul 4. İnvestisiyanın qiymətləndirmə meyarları. Modul 5. İnvestisiya layihələrinin tərtibi. Modul 6. Risk şəraitində investisiya qərarlarının qəbulu.

Davam etmə müddəti:

3 gün/1000 – 1600

Dəyəri:

300 manat

Təlimçi:

Vilayət VƏLİYEV, i.e.d., prof.

Malik MEHDİYEV, i.ü.f.d.

Aynurə İSMAYILOVA

T4.2. Biznes-planların hazırlanması

Proqramı:

Modul 1. Biznes-planlaşmanın əsasları. İnvestisiya və investisiya layihəsi anlayışları. İnvestisiya həllərinin əsasları.

Modul 2. Biznes-planın hazırlanması texnologiyası. Modul 3. İnvestisiya layihəsinin hesablanması. Modul 4. Layihələrin idarəolunması. İnvestisiya nəzarəti.

Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

200 manat

Təlimçi:

Malik MEHDİYEV, i.ü.f.d.

Aynurə İSMAYILOVA

Page 34: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

2000-ci ildən etibarən Elmi Əsərlər Toplusu “Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi xüsusiyyətləri və problemləri” adı altında 1-ci nəşri ilə bərpa olunur və 2017-ci ilədək eyni başlıq altında 17-ci nəşrədək gəlib çatır.

2005-ci ildə İnstitutun o vaxtkı rəhbəri i.e.n. Vaqif Rüstəmovun redaktorluğu ilə “İqtisadi İnkişaf” elmi-praktiki jurnalının ilk nömrəsi işıq üzü görür və 2006-cı ildə “Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri” adlı rüblük icmal-bülletenlər nəşr olunmuşdur.

Son illərdə bu nəşrlərin sırasında İnstitutun direktoru i.e.d., professor Vilayət Vəliyevin redaktorluğu ilə 2011-ci ildə “Azərbaycan Təqdimatı”, 2012-ci ildə “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı”, 2011-ci ildə “İqtisadi rayonların pasportları”, 2013 və 2014-cü illərdə İqtisadi Əməkdaşlıq Təşkilatı “İqtisadiyyat” Jurnalının 5-cı və 6-cı buraxılışları və 2014-cü ildə akademik Arif Paşayevin Baş redaktorluğu ilə “Logistika terminlərinin izahlı lüğəti” adlı kitablar işıq üzü görür.

Page 35: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

35

T5. İQTİSADİ MƏSƏLƏLƏRİN HƏLLİ ÜÇÜN STANDART PROQRAM PAKETLƏRİ

T Ə L İ M İ S T İ Q A M Ə T İ N İ N P R O F İ L İ

Təlimçi(lər): Vilayət VƏLİYEV Malik MEHDİYEV Aynurə İSMAYILOVA Arzu SÜLEYMANOV

İqtisadiyyatda qanunauyğunluqların empirik qiymətləndirilməsi, siyasət

qərarlarının təsirlərinin simulyasiyası və iqtisadi proseslərin gələcək dövrlər üzrə proqnozlarının hazırlanması, riyazi-iqtisadi modellərdən, böyük həcmli verilənlərdən istifadə olunması və s. bu kimi məsələlər müasir dövrün qaçılmaz zərurətlərindəndir.

Rəsmi statistik məlumatlara əsaslanaraq, statik və dinamik sahələrarası balans modeli əsasında qurulmuş multiplikator modelləri, Sosial Hesablar Matrisi (SHM) əsasında qurulmuş ümumi multiplikator modeli və onun modifikasiya modelləri iqtisadi sahələr üzrə təsir qiymətləndirmələri və simulyasiyaların aparılması məqsədilə istifadə olunur. Bununla yanaşı, böyük həcmli verilənlərlə işləyən, yaxud sadə şəkildə sürətli və dəqiq statistik araşdırmanın aparılması; böyük həcmli modellərin qurulması, xətti, qeyri-xətti və qarışıq tipli optimallaşdırma məsələlərinin həll edilməsi; habelə, iqtisadi nəzəriyyənin əsas prinsipləri, ehtimal nəzəriyyəsi və riyazi statistikanın anlayışları əsasında ekonometrik modellərdən istifadə edilməsi məqsədilə onların hazır proqram paketlərində realizasiyası, iqtisadi göstəricilər arasındakı münasibətlərin öyrənilməsi və gələcək dövrlər üzrə proqnozlarının verilməsi peşəkar alətlər zəncirinin sərbəst, yaxud bu və ya digər şəkildə əlaqəli tətbiq edilən elementləridir.

Sadalanan istiqamətlər üzrə müxtəlif məsələlərin həlli, siyasət qərarlarının qəbulu, ssenarilərin qurulması və s. ixtisaslaşmış proqram paketlərindən yüksək peşəkarlıqla istifadə məsələsini aktuallaşdırır.

Təlim istiqaməti üzrə əhatə olunan mövzular:

Tətbiqi “EXCEL” (T5.1.) “SPSS” (T5.2.) “GAMS” (T5.3.) “Eviews” (T5.4.)

Page 36: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 37: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

37

T5. İQTİSADİ MƏSƏLƏLƏRİN HƏLLİ ÜÇÜN STANDART PROQRAM PAKETLƏRİ

T5.1. Tətbiqi “EXCEL”

Proqramı:

Modul 1. Statistik müşahidə və sorğuların nəticələrinin işlənilməsi (statistik funksiyalar).

Modul 2. İnvestisiyaların iqtisadi səmərəliliyinin müəyyən edilməsi (maliyyə funksiyaları).

Modul 3. İqtisadi proseslərin arasındakı əlaqələrin ekonometrik qiymətləndirilməsi (statistik funksiyalar).

Modul 4. Audit risklərinin qiymətləndirilməsi (statistik funksiyalar). Modul 5. Sahələrarası balans modellərinin qurulması (riyazi funksiyalar). Modul 6. “SWOT” analiz (statistik və riyazi funksiyalar).

Davam etmə müddəti:

3 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Malik MEHDİYEV, i.ü.f.d.

Aynurə İSMAYILOVA

T5.2. “SPSS”

Proqramı:

Modul 1. “SPSS” bazalarının təşkili: məlumatların daxil edilməsi və sistemləşdirilməsi.

Modul 2. Statistik müşahidə və sorğuların nəticələrinin işlənilməsi. Modul 3. İqtisadi proseslərin arasındakı əlaqələrin qiymətləndirilməsi. Modul 4. Təsir və “SWOT” analizi.

Davam etmə müddəti:

3 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Aynurə İSMAYILOVA

Page 38: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

Fəaliyyətə başladıqdan sonra Azərbaycan SSR Nazirlər Sovetinin göstərişi ilə “Əmək ehtiyatlarından səmərəli istifadə problemləri” mövzusunda respublika səviyyəli ilk konfrans 1974-cü ilin 25-26 noyabr tarixlərində keçirilmişdir.

o Konfransda Azərbaycan mütəxəssisləri ilə yanaşı, Moskva, Leninqrad, Rusiya Federasiyasının digər şəhərlərinin, Ukrayna, Belorusiya, Özbəkistan, Gürcüstan, Tacikistan və Türkmənistanın nazirlik, idarə, elmi-tədqiqat müəssisələri və ali məktəblərinin nümayəndələri iştirak etmişlər.

1975-ci ildə “İctimai istehsalın səmərəliliyinin yüksəldilməsi problemi” mövzusunda konfrans.

1976-cı ildə “İctimai istehsalın səmərəliliyinin artırılması” mövzusunda elmi konfrans, “Müttəfiq respublikalarda normativ materialların avtomatlaşdırılmış sistemlərinin (NMAS) işlənib hazırlanması təcrübəsi” mövzusunda seminar-müşavirə, eləcə də keçmiş SSRİ-dən olan nümayəndələrlə yanaşı, Bolqarıstan Xalq Respublikasının, Kuba, Rumıniya, Polşa və Çexoslovakiyanın mütəxəssislərindən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi Qarşılıqlı İqtisadi Yardım Şurasına (QİYŞ) üzv ölkələrin əməkdaşlığı ilə “Elmi və texniki tədqiqatların idarə edilməsi, təşkili və onların nəticələrinin tətbiqi” mövzusunda Elmi Koordinasiya Şurası (EKŞ) – simpozium.

1979-cu ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu

(indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ilə birlikdə “İctimai istehsalın effektivliyinin artırılması problemləri” mövzusunda konfrans.

1980-ci ildə V.İ.Leninin anadan olmasının 110 illiyinə həsr olunmuş elmi

konfrans, Azərbaycan SSR və Azərbaycan KP-nin 60 illiyinə həsr olunmuş “Elmi-texniki tərəqqi və ictimai istehsalın səmərəliliyi” və gənc alimlərin “İctimai istehsalın effektivliyinin yüksəldilməsi məsələləri” mövzularında konfranslar.

1981-ci ildə “Sov.İKP-in ХХVI qurultayının qərarları əsasında

Azərbaycan SSR iqtisadiyyatının inkişaf problemlərinin həlli” mövzusunda konfrans.

1985-ci ildə Bakı şəhərində Azərbaycan SSR Dövlət Plan Komitəsi, Azərbaycan

SSR Elmlər Akademiyası Azərbaycan SSR Elmi-Texniki Cəmiyyəti Şurası, Azərbaycan SSR-in Elmi-iqtisadi Cəmiyyətin İdarəedilməsi, Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında ETİİ ilə birgə “Regionda elmi-texniki siyasətin reallaşdırılması və formalaşdırılmasının təşkilati iqtisadi problemləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Page 39: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

39

T5. İQTİSADİ MƏSƏLƏLƏRİN HƏLLİ ÜÇÜN STANDART PROQRAM PAKETLƏRİ

T5.3. “GAMS”

Proqramı:

Modul 1. “GAMS”da modelləşdirmə (ilkin vərdişlər). Modul 2. Optimallaşdırma məsələlərinin (xətti və q-x proqramlaşdırma) həlli. Modul 3. Sahələrarası balans modellərinin qurulması. Modul 4. Ölkə üzrə sadə “CGE” (Ümumi Tarazlıq) modellərinin qurulması.

Davam etmə müddəti:

4 gün/1000 – 1700

Dəyəri:

400 manat

Təlimçi:

Vilayət VƏLİYEV, i.e.d., prof.

Aynurə İSMAYILOVA

T5.4. Eviews

Proqramı:

Modul 1. İqtisadi proseslərin arasındakı əlaqələrin ekonometrik qiymətləndirilməsi. Modul 2. Ölkə üzrə sadə ekonometrik modellərin qurulması. Modul 3. Ölkə üzrə sadə proqnoz modellərinin qurulması. Modul 4. Təsir analizi modellərinin qurulması.

Davam etmə müddəti:

3 gün/1000 – 1700

Dəyəri:

150 manat

Təlimçi:

Malik MEHDİYEV, i.ü.f.d.

Arzu SÜLEYMANOV

Page 40: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

1990-cı ildə gənc alim və mütəxəssislərin “Müttəfiq respublikaların iqtisadi müstəqilliyi və onun həyata keçirilməsi yolları” və İnstitutun yaranmasının 25 illiyi münasibətilə “Müttəfiq respublikaların iqtisadi müstəqilliyi problemləri” mövzularında elmi-praktik konfranslar, bazar iqtisadiyyatı və menecment üzrə beynəlxalq Azərbaycan-Türkiyə birgə simpoziumu keçirilmişdir.

Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiya (UNESCAP) ilə birgə təşkilatçılıq sayəsində 2003-cü ildə “Qloballaşdırma ilə bağlı məsələlərin həlli üçün Azərbaycanda potensialın gücləndirilməsi” və 2004-cü ildə “Azərbaycanda yoxsulluğun azaldılması üçün həyata keçirilən gəlirlərin artırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi proqramları” mövzularında milli seminarlar, “Ticarətin asanlaşdırılması” mövzusunda dəyirmi masa, “Ticarət maliyyəsi infrastrukturunun inkişafı” mövzusunda təlim-seminar.

2005-ci ildə Avropa Təhsil Fondu, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi ilə birgə “Azərbaycanda peşə təhsili və əmək bazarı: problemlər və perspektivlər” və “Regionların sosial-iqtisadi inkişafında peşə təhsilinin rolu” mövzularında elmi-praktiki seminarlar.

2007-ci ildə “Xüsusi iqtisadi zonalar: formalaşma və inkişaf aspektləri” mövzusunda elmi-praktiki konfrans.

2011-ci ildə USAID (ABŞ) Azərbaycan ofisi ilə birgə «Layihələrin Qiymətləndirilməsi və Dəyər-Xərc Təhlili» mövzusunda təlim, «Qeyri-neft ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolu (Türkiyə-Azərbaycan təcrübə mübadiləsi)» mövzusunda konfrans və «Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf» mövzusunda Türkiyə-Azərbaycan əməkdaşlıq konfransı keçirilmişdir.

Page 41: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

41

T6. TEXNOLOGİYALARIN KOMMERSİYALAŞDIRILMASI

T Ə L İ M İ S T İ Q A M Ə T İ N İ N P R O F İ L İ

Təlimçi(lər): Arzu HÜSEYNOVA Aynurə İSMAYILOVA

Müasir dövrdə ixtiyari ölkənin iqtisadiyyatında texnologiyaların kommersiyalaşdırılması və transferi səmərəli sisteminin mövcud olması ölkənin innovativ inkişafının və rifahının təmin olunmasının əsas faktorlarından biridir. Belə ki, hazırda qlobal meyilləri nəzərə almaqla, Azərbaycan innovativ inkişafda özünəməxsus yer tutmağa dair niyyətini bəyan etmişdir. Bunun nəticəsində innovasiyaların yaradılması, tətbiqi, kommersiyalaşdırılması və ötürülməsinə maraq yüksəlmişdir. Bu istiqamətdə elmdəki texnologiyların üzə çıxarılması, başqa sözlə desək, transferi və maliyyə imkanlarının genişləndirilməsi xüsusi rol oynayır və son dərəcə əhəmiyyətlidir. Bununla belə texnologiyaların üzə çıxarılması heç də sadə deyil, onun nəzərəi və praktiki cəhətlərinin mənimsənilməsi ilə yanaşı, ixtiyari ölkənin özünəməxsus siyasəti ilə tənzimlənən, ardıcıllıq tələb edən çox-cəhətli, mərhələli bir prosesdir.

Təlim istiqaməti üzrə əhatə olunan mövzular:

Texnologiyaların kommersiyalaşdırılması və transferi (T6.1.)

Page 42: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 43: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

43

T6. TEXNOLOGİYALARIN

KOMMERSİYALAŞDIRILMASI

T6.1. Texnologiyaların kommersiyalaşadırılması

və transferi

Proqramı:

Modul 1. Texnoloji audit. Modul 2. Maliyyələşmə prinsipləri. Modul 3. Elmi-tədqiqat təcrübi konstruktor işlərinin (ETTKİ) nəticələrinin

ekspertizası. Modul 4. İnnovasiya texnologiyalarının kommersiyalaşdırılması. Modul 5. Texnologiyaların transferinin üsul və formaları.

Davam etmə müddəti:

2 gün/1000 – 1700

Dəyəri:

200 manat

Təlimçi:

Arzu HÜSEYNOVA, i.e.d.

Aynurə İSMAYILOVA

Page 44: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

Qeyri-neft sektorunun inkişafına yardım göstərilməsi, ixracın artırılmasında sahibkarların logistika sahəsində maarifləndirilməsinin gücləndirilməsi məqsədilə “Logistika Terminlərinin İzahlı Lüğəti” adlı ilk vəsait İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və Milli Aviasiya Akademiyası (MAA) ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gəlmişdir.

Mahiyyət etibarı ilə ölkəmizdə ilk mənbə olan “Logistika Terminlərinin İzahlı Lüğəti” 2014-cü ildə çapdan çıxmışdır.

Akademik Arif PAŞAYEVin elmi redaktəsi ilə ərsəyə gələn “Logistika

Terminlərinin İzahlı Lüğəti”nə 3000-ə yaxın termin və söz birləşmələri daxil

edilmiş, onların Azərbaycan, ingilis və rus dillərində izahı verilmişdir.

Page 45: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

45

TƏLİMÇİLƏR

Vilayət VƏLİYEV, i.e.d., prof.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu,

Direktor,

E-poçt: [email protected]

i.e.d., professor Vilayət Məmməd oğlu VƏLİYEV 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini və 2004-cü ildə Beynəlxalq hüquq fakültəsini bitirmişdir.

1983-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (2003-cü ildən AMEA-nın Geologiya İnstitutu) böyük laborantdan başlayaraq şöbə müdirinədək yüksələn vəzifələrdə çalışmışdır, 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna direktor təyin edilmiş, hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.

2013-cü ildə Ekonometriya ixtisası üzrə professor elmi adı almış, 99 əsərin, o cümlədən 1 monoqrafiya və 1 dərs vəsaitinin müəllifidir.

Əsas elmi nəticələri: karbohidrogеn rеsurslarının mənimsənilməsi (KRM) prosеsinin mərhələləri arasında optimal münasibətlərin təyini, uzun müddət işlənilən yataqlarda yеni quyuların qazılmasının optimal variantının sеçilməsi və yataqların obyektləri üzrə layların neftverimini artıran üsulların təyinatı və investisiya həcminin onlar arasinda optimal paylanması, KRM prosеsində riskin qiymətləndirilməsi və idarə olunması, gеoloji-gеofziki və aхtarış-kəşfiyyat mərhələlərinin stoхastik qiymətləndirilməsi, çoхmеyarlılıq və çoхvariantlılıq şəraitində üstün layihələrin sеçilməsi və investisiya portfellərinin optimal strukturunun müəyyən edilməsi, nеftçıхarma müəssisələri üçün optimal vеrgi dərəcələrinin müəyyən edilməsi məqsədilə modellər işlənilmiş, realizə və tətbiq edilmişdir; təsir qiymətləndirmələri, proqnoz və proqramların hazırlanması üçün Sosial Hesablar Matrisi (SHM), onun mültiplikator modeli və Ümumi Tarazlıq Modeli (CGE), regional təsirlərin qiymətləndirilməsi (həmçinin Gömrük Birliyi) və ölkələrarası müqayisənin aparılması üçün Multiregional Sosial Hesablar Matrisi və bunun əsasında Multiregional ümumi tarazlıq modeli qurulmuşdur.

Ümumilikdə 40-a yaxın qrant layihəsində iştirak etmişdir. Bunlardan əsasları: “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv ölkələrində ekoloji təmiz kənd təsərrüfatının inkişafı təcrübəsinin öyrənilməsi və qurumlararası əlaqələrin gücləndirilməsi”, “Azərbaycan Respublikasında beynəlxalq təcrübə əsasında texnoloji innovasiya məqsədli texnopark və aqroparkların yaradılması üzrə təklif və tövsiyələrin hazırlanması”, “Sahələrarası əlaqələrin təsirləri nəzərə alınmaqla iqtisadi sahələr üzrə mənfəət vergisinin optimallaşdırılması”, Azərbaycanın nəqliyyat-ticarət-tranzit, kənd təsərrüfatı və turizm sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi problemləri üzrə layihələridir.

V.Vəliyev 2003-2006-cı illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 15.09.2011-ci ildən indiyədək isə Milli Aviasiya Akademiyasında pedoqoji fəaliyyətini davam etdirir. V.Vəliyevin elmi rəhbərliyi ilə 7 fəlsəfə doktoru hazırlanmışdır, həmçinin hazırda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə 7 doktorantın elmi rəhbəridir.

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

İƏT-in “İqtisadiyyat” jurnalının baş redaktoru, “Azərbaycan Neft Təsərrüfatı” (Azərbaycan), “İqtisadiyyat və sosiologiya” (Moldova), “İnformasiya cəmiyyəti problemləri” (Azərbaycan), “İqtisadiyyat və idarəetmə” (Rusiya) jurnallarının redaksiya heyətinin üzvüdür. 2017-cı ildə Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (İAEE) idarə heyətinin üzvü seçilmişdir.

Page 46: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

2012-ci ildə «Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modeli (AzMOD): görülmüş işlər, nəticələr və perspektivlər» mövzusunda təqdimat, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) «İqtisadiyyat» jurnalının Redaksiya Heyətinin 1-ci iclası, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun Bakı şəhərində 2-ci iclası, «Üzümçülük və şərabçılığın inkişaf perspektivləri: qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları» mövzusunda beynəlxalq elmi-praktik konfrans, «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf istiqamətləri» və «Ekoloji təmiz kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişaf perspektivləri» mövzularında Dəyirmi Masalar, Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatının inkişaf perspektivləri üzrə “SWOT” təhlilin aparılması məqsədilə Türkiyə Respublikasının mütəxəssislərinin ölkəmizə tədqiqat səfərləri,

2013-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu və «Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf» mövzusunda I Beynəlxalq Konfrans, «Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi» mövzusunda beynəlxalq praktiki konfrans, ABŞ-ın Brandies Universitetinin tələbələrinin ölkəmizə səfəri

Page 47: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

47

TƏLİMÇİLƏR

Arzu HÜSEYNOVA, i.e.d.,

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu,

Direktor müavini (elmi-işlər üzrə),

E-poçt: [email protected]

i.e.d., dosent Arzu Doğru qızı HÜSEYNOVA 1983-1988-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində Tətbiqi riyaziyyat ixtisası üzrə ali təhsil almışdır.

1988-2005-ci illərdə müxtəlif təşkilatlarda proqramçı və digər aparıcı vəzifələrdə, 2005-2014-cü illərdə AMEA Elmi İnnovasiyalar Mərkəzində direktorun birinci müavini, 2014-2016-cı illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İnnovasiyanın inkişafı şöbəsinin müdiri, 2016-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dosent vəzifələrində işləmişdir. Hazırda Iqtisadi Islahatlar ETİİ-də direktor müavini vəzifəsində fəaliyyətini davam etdirir.

2010-cu ildə İqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adını almış, 9 kitab, 100-dan çox elmi məqalə və 3 müəlliflik şəhadətnaməsinin müəllifidir.

A.Hüseynova respublikada milli innovasiya sisteminin formalaşması və inkişafı məsələləri ilə sıx məşğul olur, respublikada innovasiya proseslərinin vəziyyətini öyrənir. O, proqramçı kimi bir çox AİS proqramlarının müəllifidir. “Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovsiya sisteminin hazırlanması”, “Azərbaycan Respublikasında beynəlxalq təcrübə əsasında texnoloji innovasiya məqsədli texnopark və aqroparkların yaradılması üzrə təklif və tövsiyələrin hazırlanması”, “Azərbaycanda innovasiya aktivliyinin qiymətləndirilməsi və innovasiya fəaliyyətinin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələrin hazırlanması” layihələrində iştirak etmişdir.

1989-cu ildən o, Bakı Atatürk liseyində, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda, Qərb Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 2010-cu ildən Odessa Milli Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutunun magistraturasında qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında Əqli mülkiyyət, İnformasiya təhlili və İnnovasiya fəaliyyətinin idarəedilməsi ixtisasları üzrə buraxılış işlərinin və təcrübə rəhbəri qismində yaxından iştirak edir. Doktorant və dissertantların elmi işlərinə rəhbərlik edir.

O, beynəlxalq təşkilatların qrant layihələrini qazanmışdır: Kanada cəmiyyəti, Əfqanlarla “Kompüter bilikləri” kursu; “İqfotek” informasiya və telekommunikasiya texnologiyalarının inkişafı ictimai birliyi, nazirliklərin kadr işçilərinə “İnformasiya texnologiyaları ilə tanışlıq” kursu; IATP Məsafəli Təhsil Akademiyası, “MS EXCEL elektron cədvəli - işgüzar adamlar üçün”, ABŞ hökuməti tərəfindən maliyyələşən Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (IREX) distant təhsil üzrə məsləhətçisi adını qazanmışdır.

Aynurə İSMAYILOVA

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu,

Direktor müavini (strateji inkişaf və

xarici əlaqələr üzrə),

E-poçt: [email protected]

Aynurə Manaf qızı İSMAYILOVA 1997-2003-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin bakalavr və magistr pillələrində təhsil almışdır. Əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlamış, 2004-2008-ci illərdə AMEA Rəyasət Heyətində, 2008-ci ildə “Elektron sənəd dövriyyəsinin qurulması” mövzusunda layihədə layihə meneceri, 2009-cu ildən etibarən İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda şöbə müdiri, 2010-cu ildə BMT-nin Bakı ofisində “Azərbaycanda rəqabət qabiliyyətli qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində İqtisadi İnkişaf Nazirliyinin potensialının gücləndirilməsinə yardım” mövzusunda layihədə inzibati köməkçi vəzifələrində çalışmış, 2017-ci ilin iyul ayından etibarən fəaliyyətini İqtisadi İslahatlar ETİ-də strateji inkişaf və xarici əlaqələr üzrə direktor müavini vəzifəsində davam etdirir. 2010-2011-ci illərdə İtaliyada “Beynəlxalq Dövlət İşləri” adlı magistr proqramının, 2012-ci ilin may ayında (bir ay müddətində) Cənubi Koreyanın Xarici İqtisadi Siyasət Tədqiqat İnstitutunda (KIEP) “Qonaq Tədqiqatçı Proqramı”nın iştirakçısı, 2006-cı ildən etibarən müxtəqlif donor təşkilatların və təşkilatçıların dəstəyi ilə xarici ölkələrdə keçirilən ixtisasartırma kurslarının dinləyicisi olmuşdur.

Əmək fəaliyyətinin ən məhsuldar dövrü İqtisadi İslahatlar ETİ ilə bağlı olmuşdur. Belə ki, ötən dövr ərzində İnstitutun xarici əlaqələrinin genişləndirilməsi və yeni əlaqələrin qurulması istiqamətində aparılan işə İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), İslam İnkişaf Bankı (IDB), Asiya İnkişaf Bankı (ADB), İslami Tədqiqatlar və Təlim İnstitutu (IRTI), İslam Ölkələri Statistika, Sosial-İqtisadi Tədqiqatlar və Təlim Mərkəzi (SESRIC), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TIKA), İƏT Elm Fondu (Pakistan), Visegrad Fondu (Slovakiya), Koreya Xarici İqtisadi Siyasət İnstitutu (KIEP), Keçid İqtisadiyyatlarında Kənd Təsərrüfatının İnkişafı Leibniz İnstitutu (IAMO), Orta Doğu Texniki Universitetinin Texnoparkı, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC Institute) eləcə də xarici ölkələrin profilə uyğun qurumların adları daxildir. Bu çərçivədə İƏT-in regional əməkdaşlığın genişləndirilməsi istiqamətində Bişkek şəhərində keçirilən təlimdə Qırğızıstanın Maliyyə Nazirliyinin Təlim Mərkəzinə göstərilən dəstəyə görə 2016-cı ildə Qırğızıstan Respublikasının maliyyə nazirinin “Təşəkkür Məktubu” ilə təltif olunmuşdur.

O, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibi olmuş “Qeyri-neft ixracının təşviqinə təsir edən faktorların modelləşdirilməsi, təklif və tövsiyələrin hazırlanması” mövzusunda tədqiqat layihəsinin rəhbəri olmuşdur.

A.İsmayılova təşkilati fəaliyyətin əməliyyat səviyyəsində genişləndirilməsi, informasiya sənayesinin inkişafının öyrənilməsi və təhlili kimi məsələlər üzrə ixtisaslaşır.

2014-cü ilin 21 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” Medalı ilə təltif olunmuşdur.

Page 48: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 49: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

49

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu

Fəaliyyət tarixinə dair maraqlı faktlar

2014-cü ildə İslam İnkişaf Bankı (IDB), İslam Tədqiqat və Təlim İnstitutu (IRTI) ilə birgə «Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi» mövzusunda beynəlxalq regional təlim, İnstitutun yaranmasının 50 illik yubileyi çərçivəsində 2014-cü ilin 1-3 oktyabr tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və «Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf» mövzusunda 2-ci Beynəlxalq Konfrans, İqtisadi Əməkdaşlıq Təşkilatı «İQTİSADİYYAT» jurnalının Redaksiya Heyətinin 2-ci iclası, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin nümayəndələri üçün «Riyazi modelləşdirmə sistemi yolu ilə ümumi iqtisadi tarazlığın modelləşdirilməsi» (Practical CGE Modelling with GAMS) mövzusunda 1-ci regional beynəlxalq təlim,

2015-ci ildə İslam İnkişaf Bankı (IDB), İslam Tədqiqat və Təlim İnstitutu (IRTI) ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının nümayəndələrinin iştirakı ilə «Yoxsulluğun azaldılması üçün İslami mikromaliyyələşmə» mövzusunda beynəlxalq regional təlim,

2017-ci ildə yenidən yerli təşkilatların, habelə, sahibkarların iştirakı ilə İslam İnkişaf Bankı (IDB), İslam Tədqiqat və Təlim İnstitutu (IRTI) ilə birgə əməkdaşlıq çərçivəsində «Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi» mövzusunda təlim keçirilmişdir.

Page 50: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

TƏLİMÇİLƏR

Malik MEHDİYEV, i.ü.f.d.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu,

Baş elmi işçi

E-poçt: [email protected]

i.ü.f.d. Malik Məmməd oğlu MEHDİYEV 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu Sənayenin planlaşdırılması ixtisası üzrə bitirmişdir.

O, 1987-1992-ci illərdə Əli Bayramlı Süni Dəri zavodunda böyük mühasib (baş mühasibin müavini), 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin nəzdindəki “Azəraudit” mərkəzinin Əli Bayramlı şöbəsində rəis, Əli Bayramlı şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi inkişaf məsələləri üzrə müavini, 2001-2008-ci illərdə “Kristal” istehsalat-kommersiya firmasında baş mühasib, 2008-2009-cu illərdə “Klassik-2” şirkətində baş mühasib, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı elmi işçi və Sahibkarlığın İnkişafı və İnvestisiya Siyasəti şöbəsinin müdiri əvəzi, 2009-2013-cü illərdə “Azərenerji” ASC-nin Maliyyə-təsərrüfat fəaliyyətinin auditi şöbəsinin müdiri və içtimai əsaslarla İnteqrəolunmuş Menecment Sistemi üzrə Enerji Nəzarət İdarəsinin koordinatoru, 2014-2015-ci illərdə Azenco ASC-də Audit şöbəsinin 11-ci dərəcəli mütəxəsisi vəzifələrində işləmişdir. Hazırda İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətini davam etdirir.

M.Mehdiyev “Kənd təsərrüfatı heyvanlarının yemlənməsi üzrə kombinələşdirilmiş yemlər və rasionlarının optimallaşdırılması” üzrə Rusiyanın Voronej şəhərində “Kormo Resurs” MMC-nin “Korm Optima Ekspert” proqram kompleksinin istismarı qaydaları, İnteqrə olunmuş Menecment Sistemi üzrə “Zygon Caspian Consultinq” MMC-nin “İnteqrə olunmuş menecment sistemində daxili audit”, “ISO 14001:2004. Ekoloji menecment sistemləri” və “Beynəlxalq Standart İSO 9001:2008 tələblərinə uyğun Keyfiyyət Menecment Sisteminin praktiki tətbiqi”, AR Auditorlar Palatasının Beynəlxalq Daxili Auditorlar İnstitutunun tədris proqramına uyğun olaraq “Daxili auditin əsasları” mövzularında təlim kurslarının dinləyicisi olmuşdur.

BMT İnkişaf Proqramı çərçivəsində “Kənd təsərrüfatının rəqabət qabiliyyətliliyinin müəyyən edilməsi”, USAID-in Azərbaycanda Özəl Sektorun Rəqabətliliyinin Gücləndirilməsi Proqramı çərçivəsində həyata keçirdiyi “Qeyri-neft sektorları və sub-sektorlarda təbii artım əmsalları və meyillərin hesablanması”, İqtisadi İslahatlar ETİ-də “Aqrar-sənaye məhsullarının rəqabət qabiliyyətliliyinin müəyyən edilməsi”, “Azərbaycan Respublikasının umümi iqtisadi tarazlıq modeli “AzMOD”un qurulması” mövzularında layihələrin icrasında iştirakçı, layihə rəhbəri və “EcoMod” şirkəti ilə birgə şirkətin yerli məsləhətçisi qismində Sosial Hesablar Matrisinin hazırlanması üzrə Qrupa rəhbərlik etməklə iştirak etmişdir.

Müharibə veteranı, ehtiyatda olan mayor M.Mehdiyev 1993-2000-ci illərdə Azərbaycan Silahlı qüvvələrinin tərkibində divizion komandirinin müavini, divizion komandiri və hava hücumundan müdafiə rəisi vəzifələrində hərbi xidmət keçmişdir. Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır.

Fariz MƏMMƏDOV

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu,

Aparıcı elmi işçi,

E-poçt: [email protected]

Fariz MƏMMƏDOV korporativ strategiyaların hazırlanması, texniki-iqtisadi

əsaslandırmaların işlənməsi, layihələrin xərc-gəlir təhlilinin aparılması, elektroenergetika müəssisələrinin restrukturizasiyası və sosial təhlillərin aparılması sahəsində uzunmüddətli təcrübəyə malikdir.

Fərqli sahələrdə biliyə malik olmaqla, o, elektroenergetika, təbii qaz və alternativ və bərpa olunan enerji, habelə institusional restrukturizasiya, institusional potensialın gücləndirilməsi, sosial təsirlərin qiymətləndirilməsi və iqtisadi modelləşdirməyə dair bir sıra layihələrdə iştirak etmişdir.

Enerji sahəsinə aid layihələrdə çalışmaqla, F.Məmmədov Dünya Bankı (WB), Asiya İnkişaf Bankı (ADB), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) kimi beynəlxalq təşkilatlar üçün məsləhət xidmətləri göstərmişdir. Hazırda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstititunda aparıcı elmi işçi vəzifəsində işləyir.

O, Hollandiyanın Maastrixt İdarəetmə Məktəbinin və Azərbaycanın “ADA” Universitetinin birgə MBA proqramının məzunudur və Bakı Dövlət Universitetinin Siyasi Elmlər üzrə magistr dərəcəsinə malikdir.

F.Məmmədovun maraq dairəsinə (i) Sahələrarası Balans və Multiplikativ Modellər, (ii) Sosial Hesablar Matrisi (SHM), (iii) Ümumi Tarazlıq Modelləri, (iv) Elektrik enerjisi, istilik, alternativ və bərpa olunan enerji mənbələri üzrə proqnoz və inkişaf modellərinin və onların digər sektorlara təsirinin öyrənilməsi daxildir.

Page 51: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

51

Page 52: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

TƏLİMÇİLƏR

Arzu SÜLEYMANOV

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu,

Şöbə müdiri

E-poçt: [email protected]

Arzu Sahib oğlu Süleymanov 2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalvr, 2010-2012-ci illərdə isə həmin fakültədə Optimal idarəetmənin riyazi-iqtisadi üsulları ixtisası üzrə magistr təhsili almışdır. 2013-2015-ci illər ərzində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun 5302.01–Ekonometriya ixtisası ilə fəlsəfə doktoru hazırlığı proqramı üzrə doktorantı olmuşdur. 2016-cı ildə “Azərbaycanın ümumi tarazlıq modeli timsalında investisiyaların ölkə iqtisadiyyatına təsirinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işi müdafiə etmişdir.

A.Süleymanov 2011-ci ildən etibarən İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda çalışır. Hal-hazırda İİETİ-nin İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsinin müdiridir.

O, makroekonometrik modelin qurulması məsələləri ilə bağlı Türkiyənin İnkişaf Nazirliyində təcrübə keçmiş, İqtisadiyyat Nazirliyi ilə Dünya Bankının “Makroiqtisadi modelləşdirmə və siyasət simulyasiyaları”, EcoMod Modelləşdirmə Məktəbinin “GAMS-da Praktik Ümumi Tarazlıq Modeli” təlimlərinin, Beynəlxalq Valyuta Fondunun “Makroiqtisadi diaqnostika” və “Fiskal təhlil və proqnozlaşdırma” kurslarının iştirakçısı olmuşdur.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda yerinə yetirilmiş Azərbaycanın Ümumi Tarazlıq Modeli - AzMOD-un qurulması üzrə modelləşdirmə qrupunun üzvü olmuş, İnstitutda həyata keçirilmiş bir neçə büdcə layihəsində ekspert, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsin “Qeyri-neft ixracının təşviqinə təsir edən faktorların modelləşdirilməsi, təklif və tövsiyələrin hazırlanması” mövzusunda tədqiqat layihəsində həmicraçı qismində, habelə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) çərçivəsində Minilliyin İnkişaf Məqsədləri üzrə

Azərbaycanın Könüllü Milli Hesabatının hazırlanmasında iştirak etmişdir.

Elnur ƏLƏKBƏROV

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu,

Aparıcı elmi işçi,

E-poçt: [email protected]

Elnur Elman oğlu Ələkbərov 2007-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Menecment ixtisası üzrə bakalavr, 2012-2014-cü illərdə Qafqaz Universitetində Bizensin təşkili və idarəedilməsi (MBA) ixtisası üzrə magistr təhsili almışdır. 2015-ci ildə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktoranturasına 5302.01 – Ekonometriya ixtisası ilə fəlsəfə doktoru hazırlığı proqramı üzrə qəbul olunmuşdur, “İqtisadi indikatorlar və Azərbaycan iqtisadiyyatının qiymətləndirmə modelinin işlənməsi” mövzusunda dissertasiya işi üzərində işləyir.

O, 2011-ci ildən etibarən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda çalışır, hazırda İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsində böyük elmi işçidir.

E.Ələkbərov əsasən iqtisadi modelləşdirmə məsələləri ilə məşğul olur. Bu istiqamət üzrə təşkil olunmuş Beynəlxalq Valyuta Fondunun “Maliyyə proqramlaşdırması və siyasəti”, EcoMod Modelləşdirmə Məktəbinin “GAMS-da Praktik Ümumi Tarazlıq Modeli”, İqtisadiyyat Nazirliyi ilə Dünya Bankının “Makroiqtisadi modelləşdirmə və siyasət simulyasiyaları” təlimlərinin iştirakçısı olmuş, müxtəlif seminar və konfranslarda məruzələr etmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsindən uğurla keçmiş “Qeyri-neft ixracının təşviqinə təsir edən faktorların modelləşdirilməsi, təklif və tövsiyələrin hazırlanması” layihəsinin həmicraçısı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın Könüllü Milli Hesabatının hazırlanmasında milli ekspertin köməkçisi qismində çalışmışdır.

Page 53: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

53

Page 54: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

ƏƏLLAAVVƏƏLLƏƏRR

Page 55: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

55

Page 56: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

DƏVƏT MƏKTUBU

Hörmətli həmkar!

Heç kimə sirr deyil ki, müasir dövrün reallıqları fəaliyyət göstərən hər kəsin qarşısında müxtəlif forma və üsullarla peşə, bilik və bacarıqlarının daima təkmilləşdirilməsi tələbini irəli sürür. Heç şübhəsiz, bu bilik və bacarıqlara yeni analitik üsul və vasitələrdən istifadə, yaxud mövcud bacarıqların təkmilləşdirilməsi; qabaqcıl texnologiyalardan məqsədyönlü istifadə edilməsi; yeni informasiya məhsullarının istehsalının çoxaldılması və ünsiyyətin yüksəldilməsi daxildir. Tələb və təklifləri sürətlə dəyişən işgüzar həyatda işçilərin öz ixtisas səviyyələrini davamlı şəkildə artırması, mövcud heyətin peşəkarlıq səviyyəsinin səmərəli yüksəldilməsi yeni işçinin işə cəlb edilməsindən dəfələrlə səmərəli olduğu müşahidə edilir.

Beləliklə, qısa zaman kəsiyində yüksək peşəkar biliyin əldə edilməsi, müasir alətlərdən istifadə bacarıqlarının, analitik yanaşmanın yüksəldilməsi, iş və tədqiqat təcrübələrinin paylaşılması və ən əsası davamlı akademik fikir mübadiləsi üçün Sizləri böyük məmnuniyyətlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlığa dəvət edirik.

İnstitutun hazırkı təlim platforması bununla məhdudlaşmayaraq, yaxın gələcəkdə Sizlərlə bilavasitə əməkdaşlıq etməklə, platformanın genişləndirilməsinə niyyətlidir.

Ümid edirik ki, bizim təlimlərimiz peşəkar əmək və biznes fəaliyyətlərində Sizin səmərəli iş aparmağınıza vasitə olacaq.

Təlimdə iştirak etmək üçün İnstitutun rəsmi internet səhifəsində (www.ier.az) qeydiyyatdan keçməyiniz tövsiyə olunur.

Böyük məmnuniyyətlə Sizlərlə görüşmək ümidi ilə! Təlimin keçirildiyi yer: İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun inzibati binası H.Zərbadi prospekti, 88a, AZ1011, Bakı şəhəri, Azərbaycan Mərtəbə 1, 6, 9, Otaq № 101, 603, 904, 905 Əlaqələndirici şəxslər: İzzət SALMANOVA

Baş mütəxəssis T:(+99412) 4316004 (daxili: 3332)/F:(+99412) 4300215/M: (+99450) 4999089 E-poçt: [email protected]

Fatma İMAMƏLİYEVA Baş mütəxəssis T: (+99412) 4316004 (daxili: 3803)/F: (+99412) 4300215/M: (+99455) 5653308 E-poçt: [email protected]

TƏŞKİLAT KOMİTƏSİ

Page 57: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

57

Page 58: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

TƏLİMİN KEÇİRİLMƏSİNƏ DAİR

MÜQAVİLƏ № T-2017/

Bakı şəhəri “_____” ______________ 2017-ci il

1. Müqavilənin tərəfləri Bu müqavilə bundan sonra “İcraçı” adlandırılacaq Azərbaycan Respublikası

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru __________________________________________________ şəxsində və

(adı, atasının adı və soyadı) bundan sonra “Sifarişçi” adlandırılacaq ______________________________________________ şəxsində (Azərbaycan

(adı, atasının adı və soyadı) Respublikasının vətəndaşı (ŞV: seriya _____, № _________________)) aşağıdakı şərtlərlə müqavilə bağladılar.

2. Müqavilənin predmeti İştirakçı __________________________________________________

________________________________________________ mövzusunda təşkil olunmuş ödənişli (bir) təlimdə iştirak edəcək.

Təlimin davam etmə müddəti _____ gün (nahar fasiləsi istisna olmaqla, hər gün saat 1000-dan 1700-dəkdir).

3. Müqavilənin dəyəri Sifarişçi hazırkı müqavilənin 2-ci bəndində göstərilmiş işlər üçün İcraçıya _______

(____________________________________) manat ödəyir. Ödəniş, hesab təqdim edildikdən sonra Sifarişçi tərəfindən təlim başladıqda nağd, yaxud köçürmə yolu ilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna ____________________________ ödənilir.

4. Yekun müddəalar 4.1. Müqavilə eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib olunur və hər

birində 1 (bir) nüsxə saxlanılır. 4.2. Hazırkı Müqaviləyə edilən istənilən dəyişiklik və əlavə yazılı şəkildə verilməli

və Tərəflər tərəfindən imzalanmalıdır. 4.3. Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və təlimin keçirildiyi

müddətdə qüvvədədir. 4.4. Müqavilə 1 (bir) səhifədən ibarətdir.

5. Tərəflərin rekvizitləri

SİFARİŞÇİ İCRAÇI

(Şəxsiyyət vəsiqəsinin №-si:)) ________________________

________________________ Direktor ______________________ (adı, atasının adı və soyadı) Vilayət VƏLİYEV, i.e.d., prof.

Page 59: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

59

Page 60: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

SORĞU VƏRƏQƏSİ

Hörmətli Dinləyici! Təlimlərin səmərəli şəkildə təşkilinin davam etdirilməsi, habelə, iştirakçıların

peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ehtiyacların mütəmadi qaydada təhlil edilməsi məqsədilə rəy və təkliflərinizi bildirməniz bizim üçün çox əhəmiyyətlidir.

Sizlərə təqdim olunan bu soğru vərəqəsini ətraflı şəkildə dolduraraq, rəy və təkliflərinizi bildirməyinizi xahiş edirik.

İqtisadi İslahatlar ETİ

İştirakçının adı və soyadı (seçim sərbəstdir): ___________________________

Təlimin mövzusu: ______________________________________________ Təlimin keçirilmə tarixi: “_____” _______________ 2017-ci il

A. TƏLİMİN MƏZMUNU

Ta

m r

azı

ya

m

Ra

zıy

am

Ne

ytra

l

Ra

zı d

ey

iləm

Qət

i ra

zı d

ey

iləm

1. Təlimin məzmunu gözləntilərimlə uyğunluq təşkil etdi (nəzəri hissə/işçi materiallar/tapşırıqlar/məlumat)

2. Əldə edilən bilik aktual idi

3. Əldə edilən bilik yenilik dərəcəsinə uyğun idi

B. TƏLİM PROSESİ

4. Təlimin işçi materialları əlyetən idi

5. Tədris olunan material kifayət qədər strukturlaşmış, əhatəli və aydın şəkildə başa düşülən idi

C. TƏLİMÇİNİN İŞİ

6. Təlimdə müxtəlif tədris metodlarından istifadə edildi (praktiki məşğələlər, nümunələr, xüsusi çalışmalar, nəticələrin analizi, səhvlərlə iş, sxemlər, slaydlar və s. ilə vizuallaşdırma, qrup işi və digər)

7. Təlimçinin auditoriya ilə ünsiyyət bacarığı yüksək idi

8. Dinləyicilərin suallarına ətraflı cavab verildi

9. Təlimçinin mövzu üzrə biliyi və təcrübəsi yüksək idi

E. RƏY və TƏKLİFLƏRİNİZ

10. Tədris olunan materialın iş prosesində tətbiqi məqsədilə əhəmiyyəti: ______________________________________________________________________________________________________________________

11. Təlim kursu hansı bacarığınızın inkişafına imkan vermişdir: ____________________________________________________________________________________________________________________

12. Hazırkı təlim kursunun məzmununda nəyi dəyişmək, yaxud əlavə etmək istərdiniz?

____________________________________________________________________________________________________________________

Page 61: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

61

Page 62: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

SERTİFİKAT

Page 63: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

63

Page 64: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

İİETİ- MİLLİ AVİASİYA AKADEMİYASI ƏMƏKDAŞLIĞI

T Ə L İ M İ S T İ Q A M Ə T İ N İ N P R O F İ L İ

Təlimçilər: Mikayıl ƏHMƏDLİ Polad İSMAYILOV Adil QASIMOV

01 oktyabr 2013-cü ildən IATA (International Aviation Transport Association – Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) və Milli Aviasiya Akademiyası (MAA) tərəfindən müştərək yaradılmış “IATA səlahiyyətli institutu” Azərbaycan, rus və ingilis dillərində “Təhlükəli Yüklərin Daşınması” üzrə kurslar keçmək, imtahan qəbul etmək və IATA sertifikatları vermək hüququna malikdir.

Təlim istiqaməti üzrə əhatə olunan mövzu:

“Yük Daşımalarına giriş” (“Cargo Introductory”) (TC.1.)

Page 65: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

65

Page 66: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

İİETİ-MAA ƏMƏKDAŞLIĞI

“Cargo Introductory” Training Course

Module 1. Industry Regulations

Module 2. The Air Cargo Agency

Exercise 1. Process Mapping

Module 3. World Geography

Module 4. Use of Guides

Module 5. Aircraft

Exercise 2. Process Mapping

Module 6. Handling facilities

Module 7. Air Cargo Acceptance

Exercise 3. Process Mapping

Module 8. Cargo Booking Procedures

Module 9. Cargo Automation

Module 10. Air Cargo Rates and Charges

Exercise 4. Process Mapping

Module 11. The Air Waybill

Exercise 5. Process Mapping

Page 67: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

67

Page 68: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

İİETİ-MAA ƏMƏKDAŞLIĞI

Programme of “Cargo Introductory” Training Course

Day Start Finish Activity

09:00 09:45 Course Introduction. Course Objectives. Course Contents.

09:45 10:30 Module 1: “Industry Regulations” 1.1. ICAO-International Civil Aviation Organization.

10:30 10:40 Coffee Break

10:40 11:25 Module 1: “Industry Regulations” 1.2. IATA-International Air Transport Association.

11:25 12:10 Module 1: “Industry Regulations” 1.3. FIATA-International Federation of Freight Forwarders Associations; 1.4. Other Organizations/Bodies.

12:10 12:20 Coffee Break

12:20 13:05 Module 2: “The Air Cargo Agency” 2.1. The IATA Air Cargo Agent.

13:05 13:50 Module 2:“The Air Cargo Agency” 2.2. The Consolidator (Air Freight Forwarder).

13:50 14:50 Lunch Time

14:50 15:35 Module 2:“The Air Cargo Agency” 2.3. Air Cargo Agent’s Operators.

15:35 16:10 Module 2:“The Air Cargo Agency” 2.4. Air Cargo Agent’s Service Functions; 2.5. Organization of Air Cargo Agencies.

16:10 16:15 Coffee Break

16:15 17:00 Module 2:“The Air Cargo Agency” 2.6. Liability. The Carrier’s Liability. The IATA CargoAgent’s/Consolidator’s Liability.

09:00 09:45 Module 3:“World Geography” 3.1. Geography and IATA Three-Letter Codes.

09:45 10:30 Module 3:“World Geography” 3.2. IATA Areas and Sub-Areas.

10:30 10:40 Coffee Break

10:40 11:25 Module 3: “World Geography” 3.3. Time Difference; 3.4. Calculation of Transportation Time.

11:25 12:10 Module4: “Use of Guides” 4.1. The OAG Cargo Guide.

12:10 12:20 Coffee Break

12:20 13:05 Module4: “Use of Guides” 4.2. The OAG Worldwide Flight Guide.

13:05 13:50 Module4: “Use of Guides” 4.2.3. Combined Use of OAG Cargo Guide and OAG Flight Guide.

13:50 14:50 Lunch

14:50 15:35 Module5: “Aircraft” 5.1. The Aircraft; 5.2. Bulk Loading Limitations.

15:35 16:10 Module 5: “Aircraft” 5.3. Unit Load Devices.

16:10 16:15 Coffee Break

16:15 17:00 Module 5: “Aircraft” 5.4. Ensuring that Cargo is Acceptable to Carriers.

09:00 09:45 Module 6: “Handling Facilities” 6.1. Airports. Cargo Related Activities.

09:45 10:30 Module 6: “Handling Facilities” 6.2. Aircraft Handling Facilities.

10:30 10:40 Coffee Break

10:40 11:25 Module 6: “Handling Facilities” 6.3. Cargo Terminal facilities.

11:25 12:10 Module 6: “Handling Facilities” 6.4. Customs Clearance Process.

Page 69: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

69

Page 70: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Day Start Finish Activity 12:10 12:20 Coffee Break

12:20 13:05 Module 7: “Air Cargo Acceptance” 7.1. Instructions for Carriage.

13:05 13:50 Module 7: “Air Cargo Acceptance” 7.2. Acceptance Based on the Shipper’s Letter of Instruction (SLI).

13:50 14:50 Lunch Time

14:50 15:35 Module 7: “Air Cargo Acceptance” 7.3. Acceptance of Special Cargoes.

15:35 16:10 Module 7: “Air Cargo Acceptance” 7.3.11. Time and Temperature Sensitive Healthcare Products.

16:10 16:15 Coffee Break

16:15 17:00 Module 7: “Services and Related Charges” 7.3.12. Other Cargo Needing Special Handling.

09:00 09:45 Module 8: “Cargo Booking Procedures” 8.1. How to Make a Cargo Booking and Airlines’ Internal Booking Procedures.

09:45 10:30 Module 8: “Cargo Booking Procedures” 8.1.4. Airlines’ Internal Booking Procedures.

10:30 10:40 Coffee Break

10:40 11:25 Module 9: “Cargo Automation” 9.1. Administrative Automation.

11:25 12:10 Module 9: “Cargo Automation” 9.2. Physical Handling Automation.

12:10 12:20 Coffee Break

12:20 13:05 Module 9: “Cargo Automation” 9.3. Cargo 2000. Members &System Setup.

13:05

13:50

Module9: “Cargo Automation” 9.4. Future Developments of Cargo Automation.

13:50 14:50 Lunch Time

14:50 15:35 Module10: “Air Cargo Rates and Charges” 10.1. The Air Cargo Tariff (TACT); 10.2. IATA Areas and Sub-areas.

15:35 16:10 Module 10: “Air Cargo Rates and Charges” 10.3.Chargeable Weight (TACT Rules 3.9.3)

16:10 16:15 Coffee Break

16:15 17:00 Module 10: “Air Cargo Rates and Charges” 10.4. Currencies; 10.5. Rates and Charges.

09:00 09:45 Module 10: “Air Cargo Rates and Charges” 10.6. General Rules; 10.7. Minimum Charges (M).

09:45 10:30 Module 10: “Air Cargo Rates and Charges” 10.8. General Cargo Rates (GCR); 10.9. Specific Commodity Rates (SCR).

10:30 10:40 Coffee Break

10:40 11:25 Module 10: “Air Cargo Rates and Charges” 10.10. Class Rates or Commodity Classification Rates; 10.11. Lower Charge in Higher Weight Category.

11:25 12:10 Module 10: “Air Cargo Rates and Charges” 10.12. Precedence of Rates and Charges; 10.3. Valuation Charges.

12:10 12:20 Coffee Break

12:20 13:05 Module 10: “Air Cargo Rates and Charges” 10.14. Charges Collect Shipment; 10.15. Disbursements.

13:05 13:50 Module 10: “Air Cargo Rates and Charges” 10.16. Other Charges and Fees; 10.17. Rating Concept within Europe.

13:50 14:50 Lunch Time

14:50 15:35 Module11: “The Air Waybill” 11.1. Types of Air Waybills and Their Function.

15:35 16:10 Module 11: “The Air Waybill” 11.2. Completing the Air Waybill and Labeling and Marking Cargo.

16:10 16:15 Coffee Break 16:15 17:00 Collective Photo on the Memory. Closing Process of the Course.

Page 71: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

71

Page 72: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

İİETİ-MAA ƏMƏKDAŞLIĞI

Trainers (Təlimçilər)

Mikayıl AHMADLI

Executive Director, IATA Training Institution

NAA “AZAL”; Instructor, NAA IATA Institute DGR

Education:

1985-1989 University of Foreign Languages (Baku/AZE) 1990-1995 National Aviation Academy (Moscow/RF)

Professional experience:

1992-1994 International Department Staff of “AZAL” LLC 1994-1996 Representative of “Azerbaijan Airlines” (AZAL) in Russian

Federation, Moscow (Domodedovo Airport) 1997-2005 Dangerous Goods Manager of “Ground Handling Company”

LLC 2005-2009 Dangerous Goods Inspector of “Baku Cargo Terminal” 2009-2013 Dangerous Goods Instructor of “National Aviation Academy” 2013-UTP Executive Director of NAA IATA Institute / Azerbaijan Republic

Language knowledge:

Azerbaijani, English, French and Russian languages

Polad ISMAYILOV

Local Instructor, NAA IATA Institute, IATA Certified DGR Instructor, Senior Lecturer, Air Production Department of

NAA of “AZAL” JSC

Education:

2001-2006 National Aviation Academy (NAA) (Faculty: Organization Air Production, Master degree)

Professional experience:

2006-2010 Customer Service Specialist of Customer Service Department and Ramp Supervisor and Dangerous Goods Inspector of Operations Department of BCT

2009-2010 Load Planner & Loading Supervisor of “Cargolux Airlines International” S.A., “Baku Cargo Terminal” of Heydar Aliyev International Airport

2010-2011 Flight Attendant of “Azerbaijan Airlines” JSC (AZAL) 2007-UTP Senior Lecturer, Instructor of Dangerous Goods of National

Aviation Academy, “Azerbaijan Airlines” JSC (AZAL Language knowledge:

Azerbaijani, English, Russian and Turkish languages

Adil GASIMOV

Instructor of NAA IATA Institute/Azerbaijan; President

Councilor on Quality Management of “SW Holding” LLC; Head of Quality Management System

Coordination Department for “SW Group”; Lead Auditor on System

and Services Certification of Switzerland CB “SGS”

Education: 1997-2001 Police Academy of the Ministry of Internal Affairs (with

distinction) 2007-2010 Graduate with distinction the distance course on Diploma issue

«Quality Management in Airline Operation» in IATA Training & Development Institute (Baku/AZE, Florida/US, Genève/EU, Singapore/SI)

2008-2012 National Aviation Academy of Azerbaijan Republic 2016 – Graduate Armed War College of the Ministry of Defense of

Azerbaijan Republic

Professional experience: 1997-2007 Intelligence Officer of the Ministry of Internal Affairs of

Azerbaijan 2007-2008 Senior Inspector of Information Security, HR Manager of “Silk

Way Security” 2008-2012 Director Assistant on Quality, Head of QA/QC Department of

“Silk Way Airlines” LLC 2012-2013 Vice-President on Corporate Quality and Security of “Silk Way

West Airlines” LLC 2013-2014 President Councilor on Quality Management of “Silk Way

Holding” LLC 2014-UTP Head of Quality Management Coordination Department of “SW

Group” LLC

Page 73: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

73

Page 74: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

İİETİ-MAA ƏMƏKDAŞLIĞI

Sertifikat

Page 75: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

75

Page 76: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

ƏLAQƏLƏNDİRİCİ ŞƏXSLƏR

İzzət SALMANOVA

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Baş mütəxəssis, Tel: +99412 4316004 (daxili: 3332) Faks: +99412 4300215 Mob: +99450 4999089 E-poçt: [email protected]

Fatma İMAMƏLİYEVA

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Baş mütəxəssis, Tel: +99412 4316004 (daxili: 3803) Faks: +99412 4300215 Mob: +99455 5653308 E-poçt: [email protected]

Page 77: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

77

Page 78: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin
Page 79: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

Potensialın artırılması platforması | Təlim Kataloqu 2017

79

Page 80: TTƏƏLLİİMM KKAATTAALLOOQQUU 22001177WebVersion).pdf · birlədirilməsi vahid komanda formasında fəaliyyətləri təviq etmi, t əlimlərin idarəolunmasının yeni modellərinin

BBiizziimmlləə əəllaaqqəə

İİqqttiissaaddii İİssllaahhaattllaarr EEllmmii TTəəddqqiiqqaatt İİnnssttiittuuttuu

Həsən Bəy Zərdabi Prospekti, 88a, AZ1011, Bakı şəhəri, Azərbaycan Respublikası,

Tel.: +99412 4308933, Faks: +99412 4300215,

İnternet səhifə: www.ier.az

© İİETİ, Bakı, 2017